Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişçisi olduğu bir neçə şübhəli satınalmalar var.
TİA.Az-ın məlumatna görə, onlardan biri Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 2020-ci ilin oktyabrın 26-da “Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması” və “Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması” lotları üzrə iki satınalma həyata keçirməsidir.
İdarə Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmirinə 166.120 manat, Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinə isə 121.540 manat ayırıb.
Hər iki satınalma müqaviləsində Zaqatala və Balakən rayonlarının 1 məktəbinin təmir olunması nəzərdə tutulub, ancaq müqavilədə məktəblərdə görüləcək işlərin predmetləri barədə məlumat verilmir.
Əsaslı Tikinti və Təchizat İdarəsinin sözügedən tenderinin qalibi “TURAN.İ.O” MMC elan edilib.
“TURAN.İ.O” MMC 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur.
10 manat nizamnamə kapitalı olan “TURAN.İ.O” MMC-nin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, təmit-tikinti işləri aparmaq üçün hansı lisenziyalara sahib olması barədə məlumat verilmir.
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi şübhə doğuracaq satınalmalarının cari ildə də davam etdirib.
2021-ci ilin mayın 5-də daha iki tenderə yekun vurub. Qəribədir ki, bu iki tenderin qalibi də ötən ildə olduğu kimi yenə “TURAN.İ.O” MMC olub.
“Zaqatala və Qax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması” lotları üzrə keçirilən tenderin ümumi məbləği (159318+208244) 367.562 manat təşkil edib.
Müqavilələrə əsasən Zaqatala rayonunun 3, Qax rayonunun isə 5 məktəbində təmir işləri aparılacaq.
Burada maraqlı olan məqam isə Əsaslı Tikinti və Təchizat İdarəsinin 4 dəfə qalib elan etdiyi “TURAN.İ.O” MMC-nin hazırda dövlətə 11.310 manat vergi borcunun olmasıdır.
Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişçi olduğu satınalmalarda görüləcək işlərin dəfələrlə “şişirdildiyi” deyilir.
Əmrullayevin şübhəli TURAN SEVDASI... - Xəyallarımızdakı TURAN yox ha...
09
avqust
15:12

Qarabağ
KOMMENTLƏR
Şübhəli tender: Təhsil nazirliyində rəqəmləri kimlər "şişirdir"?
Zaqatala bir MMC-nin ümidinə qalıb? - Tender
Əhmədzadənin tender oyunları - Zaqatala bir MMC-nin ümidinə qalıb?
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat