Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək, güclü dövlətə çevrilib və qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir olan qüdrətli orduya sahibdir. Böyük tarixi Qələbəmizlə yekunlaşan 44 günlük Vətən Müharibəsi bunu bir daha dünyaya nümayiş etdirdi.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha dörd rayonda 26 fərdi yaşayış evinin (o cümlədən, Qazaxda 13, Kürdəmirdə beş, Qubada üç, Lənkəranda beş) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.
Qazax rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulayə Həsənova iştirak ediblər.
Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Azərbaycan hərbçilərinin rəşadəti və eyni zamanda dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini qeyd ediblər.
Onlar cənab Prezidentin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qeyd edilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Vurğulanıb ki, haqq savaşımızda yaralanmış hərbçilərlə görüşü zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri aparacaq.
Daha dörd rayonda şəhid ailələri və əlillərə ev verildi - FOTOLAR
17
noyabr
22:51
Qarabağ
KOMMENTLƏR
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev













