Avropa İttifaqı Şurası Ukraynaya dəstək məqsədilə Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin təlimi üçün əlavə maliyyə ayrılması barədə qərar qəbul edib.
Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu yardım Avropa Sülh Mexanizmi (EPF) vasitəsilə veriləcək və zəruri ölümcül, qeyri-öldürücü hərbi avadanlıq və ləvazimatların, habelə təlim fəaliyyətlərini dəstəkləmək üçün sərf olunacaq. Qeyd olunub ki, maliyyə məbləği 194 milyon avro artaraq 255 milyon avro təşkil edir.
"Bugünkü qərarın məqsədi Ukraynanın ehtiyaclarına əsaslanaraq və təlim kurikulumunun artan əhatə dairəsini və mürəkkəbliyini nəzərə alaraq EUMAM tərəfindən Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstəyi davam etdirməkdir. Missiyanın işə salınmasından bu günə qədər EUMAM 34 000-dən çox Ukrayna əsgərinə təlim keçib", - məlumatda qeyd olunub.
Aİ Şurası Ukrayna SQ-nin təlimi üçün əlavə maliyyənin ayrılmasını təsdiqləyib
28
noyabr
18:24
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı