Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə yeddinci yardım paketini ayırıb.
Bununla bağlı Aİ Şurası qərar qəbul edib.
Qərara əsasən, Avropa Sülh Mexanizmi çərçivəsində Avropa İttifaqı Şurası Ukrayna Silahlı Qüvvələrinə 500 milyon avro dəyərində yeddinci yardım paketi qəbul edib.
“Ukrayna öz ərazilərini və xalqını Rusiyanın işğalçı müharibəsindən qorumaq üçün lazım olan bütün hərbi texnika və təlimləri almalıdır. Onlar təkcə öz ölkələrini deyil, həm də ümumi dəyərlərimizi və beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edirlər. Bu gün yeni tədbirlər həlledici bir zamanda aydın mesaj verir: biz Ukraynaya lazım olduğu qədər və lazım olduğu müddətdə dəstəyimizi davam etdirəcəyik”, - Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.
Qeyd edək ki, yeddinci paketlə Aİ-nin Ukrayna üçün Avropa Sülh Mexanizmi çərçivəsində ümumi töhfəsi 3,6 milyard avroya çatacaq.
Avropa İttifaqı Ukraynaya yeni yardım paketi ayırdı
02
fevral
18:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat