“Spectre-in istehsalı markanın 120 illik tarixində əlamətdar bir məqamdır; Spectre ilk tam elektrikli Rolls-Royce-dur və brend üçün həyəcanlı, cəsarətli və yeni dövrün başlanğıcını təmsil edir.
İki il əvvəl, marka tarixi bir açıqlama verdi ki, 2023-cü ildə Rolls-Royce özünün ilk tam elektrik mühərrikli avtomobilini təqdim edəcək və 2030-cu ilin sonuna qədər bütün model sırası tam elektrikli olacaq. Bu vaxtdan Spectre, 2,5 milyon km məsafəni əhatə edən ciddi sınaq proqramını tamamlayaraq uğurla səyahətə çıxdı, media nümayəndələrindən və müştərilərdən çox müsbət rəylər aldı. İndi bu avtomobili daxili bazarımızda görmək çox xoşdur və mən Avropa mediasına Böyük Britaniyada bu avtomobili təcrübədən keçirmək fürsətini təklif etməkdən məmnunam”- Boris Weletzky, Böyük Britaniya, Avropa və Mərkəzi Asiya üzrə regional direktor şərh etdi.
Müştərilərə təchizatı yenicə başlayan Rolls-Royce Motor Cars, Avropa mediasını markanın Qərbi Sussex-dəki qərargahını əhatə edən gözəl kənddə markanın ilk tam elektrik mühərrikli avtomobili Spectre ilə tanış olmağa dəvət etdi.
Macəra Rolls-Royce-un Evində, Goodwood Estate-də başladı – dünyada Rolls-Royce avtomobillərinin dizayn edildiyi və əl istehsalı olan yeganə məkanda. Markanın qlobal baş ofisi və “Lüks İstehsalat Mükəmməlliyi Mərkəzi” dünyanın aparıcı Lüks Evi kimi hörmətlə qarşılanır. Bu, yaradıcılığın, istedadın və ixtiraçılığın yetişdirildiyi və həvəsləndirildiyi yerdir və əlbəttə ki, müştərilərin, medianın və markanın dostlarının Rolls-Royce-un tam immersiv təcrübəsindən zövq ala biləcəyi yerdir.
Rolls-Royce-un evindən media Hampshire və Sussex ərazilərini əhatə edən səyahətinə çıxdı - bu marşrut onun gözəl mənzərələri üçün xüsusi olaraq seçilmişdir. Bu heyrətamiz və səssiz avtomobili təcrübədən keçirdikdən sonra  media nümayəndələri 430 hektarlıq eko-mülkdə qurulmuş müasir Heckfield Place adlı məkana gələcəklər.
  • Spectre Rolls-Royce evindən Avropaya . MEDİA İLƏ GÖRÜŞ ÜÇÜN YOLA ÇIXIR

скачать dle 12.1