Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb.
Bu barədə Yle ictimai televiziyası məlumat yayıb.
“Sərhəddə qoşa maneələr quraşdırılıb. Hazırda sərhəd-keçid məntəqələri bağlıdır. Dövlət sərhədində, eləcə də ölkə daxilində maneələr quraşdırılıb. İnsanlar gəlsə, Finlandiyaya qanuni şəkildə daxil olmaları üçün düzgün istiqamətə göndərəcəyik”, - Finlandiya Sərhəd Mühafizə Xidmətinin komandir müavini Jukki Lukkari bildirib.
Finlandiya Nazirlər Kabineti miqrantların nəzarətsiz gəlişi ilə əlaqədar dekabrın 13-dək Rusiya ilə quru sərhədində yerləşən bütün səkkiz avtomobil keçid məntəqəsini bağlayıb.
Finlandiya hökuməti bu gün Rusiya ilə sərhədyanı əməkdaşlığa dair sazişə də xitam verib. Rəsmi Helsinki oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını və sazişi ləğv etmək üçün öz qətnaməsini dəstəklədiyini bildirib. Qərarın 2024-cü il yanvarın 24-dən qüvvəyə minəcəyi açıqlanıb.
Qeyd edək ki, Finlandiya-Rusiya quru sərhədinin uzunluğu təqribən 1,3 min kilometrdir və bu həm də Avropa İttifaqı və NATO-nun şərq sərhədidir. Sərhəddə avtomobil nəqliyyatı məntəqələrinə əlavə olaraq, Vainikkala adlı bir yük dəmir yolu keçid məntəqəsi də fəaliyyət göstərir.
Finlandiya Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb, sərhədyanı əməkdaşlığa dair sazişə xitam verib
30
noyabr
17:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı