İsrailin zərbələri nəticəsində Livanda bir mülki şəxs ölüb, bir nəfər yaralanıb.
Bu barədə Livan mediası məlumat yayıb.
Bildirilib ki, bu gün səhər Livanın cənubundakı Marun ər-Ras qəsəbəsini İsrail artilleriya mərmiləri ilə vurub və bu zərbələrdən biri yaşlı cütlüyün yaşadığı evə düşüb, nəticədə səksən yaşlarında bir qadın həlak olub, onun həyat yoldaşı yaralanıb.
"Hizbullah"a bağlı Livan mediası bildirib ki, İsrail bu gün səhər şəhərə 180 zərbə endirib. İsrail ordusu gecə hücumlarına cavab olaraq "Hizbullah" hədəflərinə zərbələr endirdiyini açıqlayıb.скачать dle 12.1