"Biz niyə məğlub olduq? Bu sualı uzun müddət özümüzə verəcəyik və hər birimiz nə etməli olduğumuzu, ancaq etmədiyimizi qeyd edəcəyik. Biz, sadəcə özümüzə hörmət etmədik. Ən sadə şeyləri etmədiyimizə, özümüzə və illər ərzində itkilər, çətinliklər bahasına əldə etdiyimiz şeylərə hörmət qoymadığımıza inanıram".
Bu sözləri Azərbaycana qarşı savaşan separatçı polkovnik Senor Asratyan özünün Feysbuk hesabında yazıb.
Hərbi cinayətkar uduzmalarının səbəblərinə dair özünün fərziyyələrini səsləndirərək günahın özlərində olduğu qənaətinə gəlib:
“Biz, bir-birimizi güclü etmək əvəzinə, zəiflətməyə, sevmək əvəzinə, nifrət etməyə üstünlük verdik.
Bir neçə nəfər bizi inək sürüsünə çevirdi və istədikləri yolla getməyə məcbur etdi. Amma bu vəziyyətdə belə inək sürüsü olmaqda davam edirik. Çünki müstəqil düşünmək qabiliyyətimiz yoxdur. Həm də düşünməyi biləni də dinləmirik. Bir neçə nəfərin uydurduğu nağılları dinlədik, indi də inanırıq. Evimizi qurmaq əvəzinə yalnız yaxınlıqda duranları göstərdik. Beləcə bir neçə nəfər müstəqil düşünmək qabiliyyətini itirən kütləni qeyri-müəyyənliyə aparmaqda davam edir”.
Separatçı rejimin hərbi nümayəndəsi bildirib ki, onlar məğlub olublar:
“Çünki ölkənin ağalarına çevrilən bu adamlar vətəni insanların yaşadıqları torpaqla qarışdırdılar. Vətəni vəhdətdə saxlamaq əvəzinə, bölgələrə ayırmağa qərar verdilər. Vətənin bir hissəsi yaşayır, digər hissəsi də yaşamaqdan uzaqlaşır. Nəticədə ermənilər bölündü, “vətən” parçalandı. Bundan sonrakı yolumuzun bizi hara aparacağını söyləmək çətindir. Ancaq boşluqda dayandığımız gerçəkdir”.
“Məğlub olduq, bizi inək sürüsünə çevirdilər” - Erməni polkovnikdən etiraf
28
noyabr
19:46
Qarabağ
KOMMENTLƏR
Qarabağdan köçən ermənilər özləriylə 3 200 baş inək aparıblar
"Axı, atəşkəs barədə yalvaran onlar idi..." - Ali Baş Komandan
“Nikol, sən artıq məğlub olmusan” - Erməni deputat
Ermənilər Türkiyədən İrəvana qaçır - “Məğlub oluruq”
Erməni politoloqdan iyrənc çağırış: "Azərbaycana gedən çayları zəhərləmək lazımdır"
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı