Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Gevork Patrosyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib.
Azvision.az xəbər verir ki, erməni deputat sosial şəbəkə hesabında Paşinyanın Corc Sorosla fotosunu paylaşaraq yazıb:

“Nikol, mənə qarşı bu təhqirlərə və aparılan əxlaqsız kampaniyaya görə səni peşiman edərəm. Mənim yerimi bilirsiniz, qoy adamlarından biri gəlsin, qarşımda dayansın və nifrət etdiyini desin... Məni xain kimi göstərməyə boş yerə çalışırsınız, axmaqlar. Məni tanıyan hər kəs xəyanətdən nə qədər uzaq olduğumu bilir.

Xəyanətkar 3000 gəncin evinin işığını söndürən, kreslodan bərk yapışan liderinizdir. Nikol, sən artıq daxili siyasətdə məğlub oldun, etməli olduğun tək şey buna inanmağındır. Yaxşı, bir-birinizi qucaqlayın, sizə mane olmayacağam”.

“Nikol, sən artıq məğlub olmusan”
скачать dle 12.1