ABŞ və Britaniya hərbi dəniz qüvvələri yanvarın 9-da husilərin Qırmızı dənizin cənubundakı beynəlxalq gəmiçilik zolağına atdığı 21 pilotsuz uçuş aparatı və raketi vurub.
"Reuters" xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.
Onun sözlərinə görə, bu, bu günə qədər husi yaraqlılar tərəfindən bölgəyə edilən ən böyük hücumdur.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib: "Bir gecədə (Kral Donanmasının gəmisi) "HMS DIAMOND" ABŞ döyüş gəmiləri ilə birlikdə Qırmızı dənizdə İranın dəstəklədiyi husilərin bu günə qədər həyata keçirdiyi ən böyük hücumu uğurla dəf edib".
Şapps hücumların qəbuledilməz olduğunu təkrarlayaraq, silahlı qrupa hücumların davam edəcəyi təqdirdə "nəticələrlə üzləşəcəyini" bildirib. "Biz günahsız insanların həyatını və qlobal iqtisadiyyatı qorumaq üçün lazım olan tədbirləri görəcəyik", britaniyalı nazir deyib.
Hücumla bağlı ABŞ Mərkəzi Komandanlığı bildirib ki, heç bir xəsarət və dağıntı yoxdur. Komandanlıq bunun 19 noyabrdan bəri Qırmızı dənizdəki ticarət gəmiçilik zolaqlarına husilərin 26-cı hücumu olduğunu bildirib.
ABŞ Mərkəzi Komandanlığı hadisə zamanı Britaniya dəniz qüvvələri ilə birgə 18 pilotsuz təyyarə, iki gəmi əleyhinə qanadlı raket və bir gəmi əleyhinə ballistik raketin vurulduğunu bildirib.
İranın dəstəklədiyi husilər isə İsrail Qəzzada qarşıdurmanı dayandırana qədər hücumları davam etdirəcəklərini bildiriblər. Husilər hədəf alınacağı təqdirdə ABŞ hərbi gəmilərinə hücum edəcəkləri barədə xəbərdarlıq ediblər.
ABŞ-la Britaniya qüvvələri husilərin 21 PUA və raketini vurub
10
yanvar
16:55
Qarabağ
KOMMENTLƏR
Britaniyanın müdafiə naziri: “Husilərin genişmiqyaslı hücumunun qarşısını almışıq”
Britaniya Ukraynaya 23 kater və 20 zirehli avtomobil tədarük edəcək
Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək
Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar
Ərəb koalisiyası Qırmızı dənizdə
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev