Yaponiyanın ən iri sərnişin aviadaşıyıcısı olan “All Nippon Airways” şirkətinə məxsus təyyarə uçuşa başladıqdan bir qədər sonra pilot kabinəsindəki şüşədə çat aşkarlanması səbəbindən məcburi eniş edib.
Yaponiya mediası xəbər verir ki, Sapporo şəhərindən Toyama şəhərinə uçan “Boeing 737” təyyarəsinin pilotları şüşədəki çat səbəbindən geri qayıtmağa qərar verib. Təyyarə yerli vaxtla 12:10-da Sapporo hava limanına təcili eniş edib, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.
Sərnişinlər digər təyyarə ilə yola salınıb. Hazırda mütəxəssislər araşdırma aparır.
Qeyd edək ki, bu, cari ildə “Boeing 737” təyyarələri ilə bağlı ilk insident deyil. Yanvarın 6-da ABŞ-ın “Alaska Airlines” kompaniyasına məxsus “Boeing 737 MAX 9” təyyarəsi uçuş zamanı pəncərəsinin və gövdəsinin bir hissəsinin qopması səbəbindən məcburi eniş etmişdi. Həmin hadisədən sonra bir çox aviasiya şirkəti “Boeing 737 MAX” təyyarələrinin uçuşunu dayandırıb.
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
13
yanvar
17:25
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev