Rusiya lideri Vladimir Putin Ukraynada mümkün sülh danışıqları zamanı heç nəyi riskə atmaq istəmir, onun böyük planları var.
Bakisesi.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə CNN-nin analitik materialında deyilir.
“Rusiya lideri və ətrafı açıq şəkildə bəyan edir ki, strateji məqsədləri dəyişməz olaraq qalır. Sülhdən danışsa da, Kreml münaqişənin “əsas səbəblər”inin aradan qaldırılmasında israrlıdır. Bura Ukraynanın suverenliyinin ləğvi, hökumətin (Prezident Volodimir Zelenskinin) dəyişdirilməsini və NATO-nun Şərqi Avropadakı təsirinin məhdudlaşdırılması daxildir.
Putin 2022-ci ildə Kiyevdə rusiyapərəst rejim qurmaq, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə genişmiqyaslı işğala başlayıb. Döyüş meydanında uğursuzluğa düçar olsa da, bu məqsədindən dönməyib”, - materialda vurğulanır.
Mənbə qeyd edir ki, Rusiyanın başqa ölkədə məqsədlərinə nail olmasının ən asan yolu hərbi variant yox, müdaxilə və seçki prosesidir:
“Ona görə də Kreml Zelenskinin legitimliyinə şübhə ilə yanaşır və seçkilərdə israr edir, bu prosesdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Putin həm də Ukraynanın neytral dövlət olaraq qalmasını və NATO-ya üzv olmamasını istəyir”.
Kremlin qlobal ambisiyalarına gəlincə, CNN hesab edir ki, Putin Rusiyanın böyük dövlət statusunu bərpa etməyə və ABŞ-nin dünyada təsirini zəiflətməyə çalışır: “Bu məqsədlə Qərbin əleyhdarları olan ölkələrlə - Çin, Şimali Koreya, İran və digərləri ilə koalisiya yaradır”.
Analitik Monika Uaytın fikrincə, Rusiya bütün mühüm danışıqlar masasında olmaq istəyir, sabitliyi pozmaqla proseslərdə aparıcı rol oynamağa çalışır.
“Putin əmindir ki, Rusiya dünya nizamının müəyyən edilməsində iştirak etməlidir. Bəlkə də Vaşinqtonda onunla həmfikir olanlar var. Məsələn, Tramp hesab edir ki, dünyanın ən qüdrətli ölkələri ərazilərin yenidən bölüşdürülməsi olsa belə, öz mülahizələri ilə hərəkət etmək hüququna malikdir”, - materialda bildirilir.
Siyasi ekspert Mark Qaleotti bu barədə söyləyir: “Trampın nöqteyi-nəzərindən Ukrayna ABŞ və Rusiya arasında razılaşmanı qəbul etməli olan vassal dövlətdir”.
Putinin böyük planı açıqlandı
22
mart
15:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev