Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı tətbiq etdiyi unikal fənd Ukrayna ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə sınqdan keçirilib.
Söhbət düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini pilotsuz idarə olunan kiçikhəcmli mülki təyyarələrlə aşkarlamaqdan gedir.
Qeyd edək ki, bu faktikanı dünya hərb tarixində ilk dəfə Azərbaycan ordusu tətbiq edib. Belə ki, Qarabağda hərbi əməliyyatların lk günlərində və həftələrində Ermənistan Müdafiə Nazirliynin məşhur sözçüsü Arsurun Ovanisyan az qala hər gün Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu haqda raport verirdi. Müharibənin ilk iki həftəsindən sonra “vurulan” təyyarələrin sayı artıq onlarla ölçülürdü və belə qənaət yaranırdı ki, artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında döyüş təyyarələri qalmayıb. Buna baxmayaraq düşmən yenə də təyyarələri vurmaqda davam edirdi. Və hər dəfə bu təyyarələrdən pilotların niyə katapult etmədiyini görüb təəcüblənirdi.
Nəhayət məlum oldu ki, düşmənin vurduğu bu təyyarələr Azərbaycanda sovet dövründən qalan və bir neçə il əvvəl sadə pilotsuz idarətmə sistemi ilə təchiz olunan, “kukruznik” kimi tanınan An-2 təyyarələridir. Onlar bilərəkdən düşmən mövqelərinə tərəf istiqamətləndirilir və hava hücumundan müdafiə sistemlərinin radarları dərhal bu hədəfləri “tutur”. Və onlara atəş açılır. Pilotsuz “kukruznik” itirilir, amma əvəzində Azərbaycan ordusu düşmənin hava hücumundan müdafiə kompleksinin mövqe rayonunu müəyyən edir və onu artilleriya, yaxud kamikadze-dron vasitəsilə məhv edir.
İndi Ukrayna ordusu Donbassdakı separatçılara qarşı mümkün hərbi əməliyyatlara hazırlıq çərçivəsində Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini, o cümlədən “Bayraktar TB2” pilotsuz zərbə təyyarəsinin və kamikadze-dronların digər qüvvələrlə qarşılıqlı əlaqə şəklində tətbiq olunmasını öyrənməkdədir. Ötən həftə Nikolayev vilayətindəki təlim mərkəzində keçirilən təlimlər zamanı 6 ədəd “Aeroprakt A-22” yüngül təyyarəsi də istifadə edilib. Həmin təyyarələr iki yerlikdir və Ukrayna özəl şirkəti tərəfindən istehsal olunur.
Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk bildirib ki, bu tipli təyyarələr Azərbaycan ordusu tərəfindən Qarabağda gedən döyüşlərdə fəal tətbiq olunub. “Onlar düşmənin Hava Hücumundan Müdafiə sisteminin mövqe rayonlarını aşkarlamaq və məhv etmək üçün istifadə edilib”,-general bildirib.
Ehtimal olunur ki, Ukrayna ordusu həmin “Aeroprakt A-22” yüngül təyyarələrini pilotsuz təyyarələrə çevirməyi və onu hava hücumundan müdafiə sistemlərinin yerini müəyyənləşdirmək üçün istifadə etməyi planlaşdırır.
Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
30
noyabr
15:23

Qarabağ
KOMMENTLƏR
Çin Azərbaycan Ordusunun gücü haqqında: “Qarabağda gedən müharibə zamanı...”
Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir - Rusiya mediası
“Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir” - Rusiya KİV-ləri
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat