Rusiyanın “Dojd” telekanalı “Burada və indi” layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhəri ilə bağlı reportaj yayımlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, reportajda jurnalist Vladimir Romenski bildirir ki, ətrafda tutqun mənzərə hökm sürür: erməni hərbçilərinin atdığı hərbi sursatlar, hər yerdə dağıdılmış binalar, vurulmuş hərbi texnika...
Reportajda 1890-cı ildə tikilmiş Hacı Ələkbər məscidinin kadrları yer alıb. Hazırda bu məscidin yalnız bir divarı qalıb.
Ardınca qəbiristanlıq görüntüləri nümayiş etdirilib. Jurnalist buradakı məzarüstü abidələrin dağıdıldığını diqqətə çatdırıb.
Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar. “Onlar (ermənilər -red.) burada ölülərlə döyüşürdü”, - reportajın qəhrəmanlarından biri deyir.
“Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə (VİDEO)
01
dekabr
09:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı