Almaniya, Böyük Britaniya və Fransa Tehrana xəbərdarlıq edib.
Bakısəsi Fransa Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir ki, İranın nüvə proqramını genişləndirəcəyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı monitorinq fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı bəyanata cavab olaraq Almaniya, Britaniya və Fransa Xarici İşlər nazirliklərinin sözçüləri birgə bəyanat yayıblar.
"Biz, Almaniya, Britaniya və Fransa hökumətləri Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün yorulmadan çalışmışıq. Bu, çoxtərəfli diplomatiyanın və nüvə silahının qlobal yayılmamasının əsas nailiyyətidir. Bu razılaşmanın İranın nüvə proqramının müstəsna dinc təbiətinə, eləcə də beynəlxalq sülhə və təhlükəsizliyə inam yaratmağa töhfə verəcəyinə ümid edərək inamla danışıqlar apardıq. İranın nüvə proqramını monitorinq etmək və məhdudlaşdırmaq üçün bu razılaşma ən yaxşı və hazırda yeganə yol olaraq qalır", - deyə birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın Natanzdakı Yanacaq Zənginləşdirmə Zavodunda əlavə inkişaf etmiş üç sentrifuqa kaskadı qurmaq niyyətində olduğunu BAEA-ya bildirməsi Hərtərəfli Birgə Fəaliyyət Planına ziddir və çox narahatedicidir: "İran Parlamentinin qəbul etdiyi və tətbiq olunacağı təqdirdə İranın nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək və BAEA-nin monitorinq girişini məhdudlaşdıran qanunu böyük narahatlıqla qeydə aldıq. Bu tədbirlər razılaşmaya və İranın daha geniş nüvə öhdəliklərinə ziddir. İran diplomatiya sahəsində əldə olunan imkanları qorumaq məsələsində ciddidirsə, bu addımları həyata keçirməməlidir. Belə bir addım Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün ortaq səylərimizi təhlükə altında qoyacaq və eyni zamanda, ABŞ-ın yeni rəhbərliyi ilə danışıqlara qayıtmaq üçün vacib fürsəti pozmaq riskinə malikdir. Bu razılaşmaya əməl etmək İran üçün də faydalı olardı". (APA)
Üç ölkə İrana xəbərdarlıq edib
07
dekabr
22:51
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev