Ermənistanda etirazçılar Ermənistandan Gürcüstana gedən dövlətlərarası magistral yolu bağlayıblar.
Ermənistan KİV xəbər verir ki, hadisə Yerevan-Tbilisi yolunun Şirak vilayətindən keçən hissəsində baş verib. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yolu bağladıqlarını söyləyiblər.
Yolda hərəkətdə olan bəzi sürücülər avtomobillərindən düşərək aksiyaçılardan yolu açmağı xahiş etsələr də, buna nail ola bilməyiblər. Yolda nəhəng tıxac əmələ gəlib.

скачать dle 12.1