Rusiyada koronavirus əleyhinə növbəti vaksin nümunəsinin istehsalı yekunlaşıb.
Bakısəsi Rusiya KİV-ə istinadən xəbər verir ki, "EpiVakKorona" adlanan bu vaksin Novosibirskdəki "Vektor" tibbi araşdırmalar mərkəzi tərəfindən hazırlanıb. Bu, Rusiyanın istehsal etdiyi ikinci vaksindir. Bu vaksinin mülki dövriyyəsi təmin olunub və istifadəyə açıqdır.