40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.
Krallıqda koronavirusun yeni növünün yayılmasından sonra Fransa, Belçika, Almaniya, Danimarka, Avstriya, İtaliya, Bolqarıstan, Çexiya , Rumınıya, İsveç, Estoniya, Litva, Latviya , Kanada, Küveyt, Səudiyyə Ərəbistan, Salvador, Rusiya və Hollandiya kimi ölkələr Britaniyaya olan uçuşları dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadakı üzv ölkələrə tədbirləri artırmağı məsləhət görüb.
Fransa Britaniya ilə sərhədini 48 saatlıq bağlayıb, bu müddət ərzində uçuşlardan başqa, Dover limanından da heç bir yük maşını və ya gəmi çıxa bilməz.
Baş nazir Boris Conson, Fransa prezidenti Emmanuel Makron ilə aralarında danışıq olduğunu və hər iki tərəfin də problemi ən qısa müddətdə həll etmək istədiklərini söyləyib. Həmçinin hökumətin fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edən Baş nazir ticarət axınında heç bir problemin yaşanmaması üçün çalışdıqlarını bildirib.
Qeyd edək ki, yeni mutasiya və ölkənin cənub-şərqində və Londonda sürətlə yayılıb. Yeni növ koronovirusun əvvəlkindən 70 faiz daha yoluxucu olduğunu müəyyənləşib. /Azertac
40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırdı
22
dekabr
09:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat