Məşhur müğənni Beyons xeyirxah addımı ilə gündəmə gəlib.
Bakısəsi xarici KİV-ə istinadən bildirir ki, ifaçı pandemiya dövründə kirayə haqqını ödəyə bilməyən 100 nəfərə yardım edib. Beyons hər bir ailəyə 5 min dollar məbləğində pul bağışlayıb.
Sənətçi bununla həmin vətəndaşlara Yeni İl hədiyyəsi verib.
Yardımı həyata keçirən “BeyGood” təşkilatı fəaliyyətini bununla yekunlaşdırmır. Axşam.az-ın məlumatına görə, Beyons və komandası xeyirxah addımlarına davam edirlər. Belə ki, onlar maddi cəhətdən sıxıntı yaşayan ailələri yemək, paltar və ev əşyaları ilə təmin ediblər. Hətta onlara Covid-19 testləri də olunub.
скачать dle 12.1