Müharibədən sonra Qarabağda qalan erməni silahlıları çətin vəziyyətdədir. Əksər hərbi hissələr ya dağıdılıb, ya da Azərbaycan Ordusunun nəzarətinə keçib. İndi erməni silahlı birləşmələri Xocalı və Xankəndi istiqamətində yerləşirlər.
"Sputnik Armenia” dekabrın şaxtasında erməni silahlılarının əllə yeni sığınacaq və səngər qazdıqlarını yazır. Onlar ekskavator istəsələr də, heç bir cavab verilməyib. Ermənistan Müdafiə Nazirliyinin də artıq Qarabağdakı hərbçilərlə əlaqəsi itib.
"Əsgərlərdən birinin fotosunu əldə etdik. Əllə qazdıqları səngər əsgərin dizinə qədərdir. Belə səngərdə qorunmaq mümkündürmü?”, - sayt yazır.
Daha sonra Azərbaycanı müqayisə göstərir: "Azərbaycan Ordusu ekskavatorların köməyi ilə bir neçə saat ərzində dərin səngərlər qazaraq, mövqelərini möhkəmləndirdilər. Erməni əsgərlər artıq bölgədə qalmaq istəmirlər”.
Qeyd edək ki, 10 noyabr razılaşmasına görə Qarabağdakı erməni silahlıları rusiya sülhməramlılarının bölgəyə gəlməsinə paralel olaraq çıxarılmalıdır. /Publika.az
Erməni ordusu Xocalı və Xankəndiyə toplanmağa başladı - Video
28
dekabr
23:17
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı