Ermənistan mediası Azərbaycan Ordusunun ermənilərə bəzi kəndləri boşaltmağı tələb etdiyini yazır. Ordumuz Zəngilan rayonunun Qafan rayonu ilə yerləşən Ağkənd və Qazançı kəndində yerləşən erməni hərbi birləşlərinə ərazini tərk etmələrini tələb edib.
Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin Əkərək (ermənilər Aqarak deyir) kəndini tərk etməsi üçün səsucaldan vasitəsilə xəbərdarlıq edib. Ümumilikdə ermənilərə kəndləri boşaltması üçün 10 saat vaxt verilib.
Erməni teleqram kanalları Azərbaycan Ordusu ilə erməni hərbi birləşmələri arasında yarım saat atışmanın olduğunu iddia edirlər. Lakin Sünik (Zəngəzur) qubernatoru Melikset Poqosyan atışma iddiasını təkzib edib. “Heç bir atışma olmayıb. Azərbaycan hərbçiləri səsucaldanlar vasitəsilə erməni tərəfinə əvvəlki mövqelərinə geri çəkilməyi tələb etdilər”, - o deyib.
Nə baş verir? Ermənistan işğal dövründə bir sıra ərazilərdə olduğu kimi Qubadlı və Zəngilan istiqamətində döpvlət sərhədini qanunsuz olaraq dəyişdirib. Adıçəkilən ərazilər Azərbaycanın BMT tərəfindən tanınmış dövlət sərhədi tərkibindədir.
Ordumuz dövlət sərhədinin bərpa edilməsi istiqamətində addımlar atır.
Zəngəzurda nə baş verir? - Ermənilərə 10 saat vaxt verildi
14
dekabr
09:26

Qarabağ
KOMMENTLƏR
Erməni hərbçilər Rusiya ordusuna meydan oxuyur?
"Sabah gələndə sizi burda görməyək!" – Zabitimizdən ermənilərə xəbərdarlıq (VİDEO)
Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər vaxt verildi
Qarabağda ermənilərlə ruslar arasında atışma – Son dəqiqə
Azərbaycan Ordusu BMT-nin iki qətnaməsini tam YERİNƏ YETİRDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat