Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə bir günlük işçi səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Nazirlər Birgə Strateji Planlaşdırma qrupunun 8-ci iclasında iştirak edəcəklər. Ənənəyə uyğun olaraq qrupun müzakirə mövzuları ikitərəfli əməkdaşlıq üzrə aktual məsələlər və regional problemlərdir. Bu dəfə Çavuşoğlu və Lavrovun Dağlıq Qarabağ münaqişəsinə, xüsusi halda Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin üçtərəfli bəyanatının icrasına və humanitar yardımın göstərilməsinə xüsusi diqqət ayıracaqları gözlənilir.
Soçi görüşündə nazirlər, həmçinin Dağlıq Qarabağda atəşin dayandırılmasına nəzarət üzrə birgə Türkiyə-Rusiya Mərkəzinin işi haqqında bir sıra praktik məsələlərə baxacaqlar. Mərkəzin yaradılmasını Rusiya Federasiyası Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu noyabrın 11-də türk həmkarı Hulusi Akarla danışıqlar zamanı razılaşdırıb.
Mərkəz Ağdamda yerləşdiriləcək. Artıq burada Türkiyənin 60 hərbi qulluqçusu xidmət aparır. Türkiyə KİV-in məlumatına görə, hərbçilər artıq növbəti ilin yanvarında Rusiya ilə birlikdə atəşin dayandırılması rejiminin daimiliyini təmin etmək üçün işə başlayacaqlar.
Bundan başqa, Soçiyə səfərdən əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin başçısı jurnalistlərə Azərbaycanın sərhədinin təhlükəsizliyin təmin olunması üzrə addımları Lavrovla müzakirə etmək niyyəti haqqında bildirib. Onun sözlərinə görə, bu məsələ beynəlxalq hüquq çərçivəsində həllini tapılmalıdır.
Görüşün nəticəsinə əsasən həmçinin iki ölkə arasında 2021-2022-ci illərdə məsələhətləşmələr planı da imzalanacaq. (Report)
Çavuşoğlu bu gün Soçidə Lavrovla Qarabağı müzakirə edəcək
29
dekabr
11:12
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev