Türkiyə hökuməti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı riskləri aradan qaldırmaq üçün virusdan qorunmaq məqsədilə peyvənd tətbiqi sahəsində çoxistiqamətli işlər görməkdədir. Yerli istehsalla bərabər xarici ölkələrin istehsalı olan vaksinlərin alınması da gündəmdə saxlanılır.
Türkiyə Çində istehsal olunan “Sinovac” peyvəndindən sifariş edib. “Sinovac” peyvəndinin bir sıra göstəricilərinə görə koronavirus infeksiyasına qarşı ciddi təsirə malik olduğu təsdiqlənib. Bu peyvənd bir sıra ölkələrdə klinik sınaqlardan uğurla çıxıb.
Artıq İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağının üçüncü mərhələsi müvəffəqiyyətlə nəticələnib. İndoneziyanın dövlət dərman qurumu “Bio Farma”nın açıqlamasına görə, bu peyvənd COVID-19 infeksiyası ilə mübarizədə 97 faizlik uğurlu nəticə göstərib. İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağı 1600 nəfər üzərində aparılıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, Türkiyə “Sinovac” vaksinindən 50 milyon doza sifariş verib. Bu peyvəndin tətbiqinə dekabrda başlanılacaq. Peyvəndin ilk olaraq səhiyyə işçilərinə vurulacağı bildirilir. (Trend)
Qeyd edək ki, artıq Braziliya, Çili və Banqladeş də Çin istehsalı olan “Sinovac” peyvəndini ilk sifariş edən ölkələrdəndir.
Bu peyvəndin ciddi təsirə malik olduğu təsdiqlənib
09
dekabr
11:52

Qarabağ
KOMMENTLƏR
Koronavirusla bağlı peyvənd bu tarixdən kütləvi tətbiq olunacaq
Koronavirus vaksini noyabrda istifadəyə verilə bilər
Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat