Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri ölkənin baş naziri Nikol Paşinyanla görüşdən narazı qaldıqlarından Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Yerli mətbuatın yaydığı məlumata görə, itkin hərbçilərin valideynləri Rusiya prezidentindən bu məsələdə kömək istəyiblər. Qeyd edilir ki, dəfələrlə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçirən valideynləri bir neçə dəfə Nikol Paşinyan özü qəbul edib. Lakin baş nazirin qeyri-müəyyən cavabı onları qane etməyib. “Valideynlər məktub yazaraq, övladlarının tapılması xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər”, - deyə xəbərdə vurğulanır.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla iki ölkə arasındakı əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edərkən qarşı tərəfdən bu məsələdə kömək istəyib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.
Ermənilər Putindən yenə kömək istədilər
06
yanvar
09:09
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev