Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsində təhlükəsizlik mövzusunda iclas keçirib.
Bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, iclasda sosial-iqtisadi məsələlərə xüsusi yer verilib.
Paşinyan çıxışı zamanı Sünik sərhəd zolağında ciddi dəyişikliklərin edildiyini diqqətə çatdırıb:
“İclasımız Sünik bölgəsinin problemlərinə həsr olunub. Bu gün çoxsaylı məsələləri müzakirə etməliyik. Məlum hadisələrlə əlaqədar Sünik sərhəd zolağında ciddi dəyişikliklər baş verdi. Bu gün Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bölgədə həyata keçirilən fəaliyyətimizi müzakirə etməliyik. Süniki dövlətçiliyimizin onurğası hesab etməyimin səbəbi var. Bütün ölkədə təhlükəsizliyi təmin etməli olsaq da, burada Sünik müstəsna əhəmiyyətə malikdir”.
Hökümət başçısı sərhəd icmaları statusunda olan topluluqların konkret sosial-iqtisadi proqramların müzakirəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.
Bildirək ki, iclas zamanı Nikol Paşinyan icmaların və yolların təhlükəsizliyinin təmin edilməsi, "sərhəd məntəqələrinin müəyyənləşdirilməsi", vətəndaşların əmlak ziyanının mümkün kompensasiyası və bir sıra digər məsələlərin həlli barədə məlumatlandırılıb.
Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdi
13
yanvar
16:48
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı