Türkiyənin Suriyada həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı beynəlxalq səviyyədə ciddi təpki ilə üzləşib. Hazırda dünya mediasında müzakirə olunmaqda olan bu məsələ ilə bağlı Britaniya mətbuatı da haray-həşir salıb.
"The Daily Mail" yazır ki, prezident Donald Tramp bildirib ki, Türkiyə təcavüzü dayandırmsa ABŞ tərəfindən sanksiya təhlükəsi ilə üzləşə bilər. Türkiyənin NATO-da olan müttəfiqlərindən ikisi-Almaniya və Fransa, Türkiyəyə silah ixracını dayandırıb. Ərəb Birliyi "Barış pınarı"nı süngü ilə qarşılayıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, belə bir fonda Rusiyanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. "The Daily Mail" xəbər verir ki, Vladimir Putin bəyan edib ki, Suriya hökuməti istəmədiyi təqdirdə bütün xarici qoşunlar Suriyanı tərk etməlidir.
Rusiya prezidenti bazar günü üç ərəb televiziya kanalına verdiyi müsahibədə belə söyləyib.Vladimir Putin deyib ki, Rusiyanın Suriyada həm hava, həm də dəniz bazası var. Buna baxmayaraq, prezident Bəşər Əsəd razılıq verməsə Rusiya Suriyanı tərk edəcək.
Bəşər Əsədin sarsılmaz dayağı sayılan Putin bu həftənin əvvəlində sərhədi keçərək öz qoşunlarını Suriyanın şimal-şərqinə göndərdiyinə görə Türkiyəni qınamaqdan çəkinmişdi, ancaq digər dövlətlərin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın lazım olduğunu dilə gətirmişdi.
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
14
oktyabr
12:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev