"Belə görüşlər təbii ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına aid imzalanan birgə bəyanatın tələblərinin yerinə yetirilməsinə əngəllər yarada bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri və baş separatçı Araik Arutyunyanla görüşündən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan bu səfərlərin qarşısını almaq üçün hərbi və siyasi təsir mexanizmilərinə malikdir və bu mexanizmlərin sayı kifayət qədərdir.
"Ermənistanın bu tip addımlar atması Azərbaycanı bu səfərlərin qarşısının alınması üçün daha adekvat tədbirlər görməyə vadar edir. Düşünürəm ki, Azərbaycan tərəfi bu səfərləri heç də cavabsız qoymayacaq”.
Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın Baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri və separatçı qurumun rəhbəri Araik Arutyunyanla görüşünə dair məlumatlara aid heç bir vizual görüntülər olmasa da, bu məlumatlar erməni mətbuatına istinadən yayılıb:
"Lakin biz əvvəllər də belə hallarla, məsələn, Ermənistanın xarici işlər nazirinin Qarabağa Azərbaycanın razılığı olmadan səfəri ilə qarşılaşmışdıq. Lakin bundan sonra Azərbaycan tərəfinin sərt təpkisi nəticəsində bu səfərlər qismən dayandırılsa da, baş prokurorun səfəri Ermənistanın heç də Azərbaycanın verdiyi bəyanatları ciddiyə almadıqlarını göstərir”.
Qeyd edək ki, erməni mətbuatı Ermənistanın Baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri və baş separatçı Araik Arutyunyanla görüşüməsi ilə bağlı məlumatlar yayıb.
Davtyanın Xankəndi səfəri: Ermənistan Azərbaycanın bəyanatlarını ciddiyə almır?
10
fevral
12:32
Qarabağ
KOMMENTLƏR
Ermənistanın hərbi prokuroru Qarabağa qanunsuz səfər etdi
Ermənistanın baş prokuroru qanunsuz şəkildə Qarabağa gəlib
Ermənistan spikeri Azərbaycan torpağında SEPARATÇI REJİMİN "AD GÜNÜ"NÜ KEÇİRDİ...
Paşinyan nümayəndələrini yenidən Dağlıq Qarabağa göndərir - ŞƏRH
Əslində atəşkəsdən sonra işğalçı ordu minaların xəritəsini təhvil verməliydi...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı