Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq.
Modern.az-ın məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumunda əksini tapıb.
Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.
Sazişin qısa zamanda hazırlanması üçün hökumətlər birgə işçi qrupu yaradacaqlar.
Qeyd edək ki, memorandum bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür.
Azərbaycanla Türkmənistan “Dostluq” yatağını bu nisbətdə bölüşdürəcək - SAZİŞ
18
fevral
14:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat