Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyan da Baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçilərə qoşulub.
Bakısəsi xəbər verir ki, bu barədə o, erməni KİV-nə müsahibəsində deyib:
“Mən düşünmürəm ki, Silahlı qüvvələr bu bəyanatı düşünmədən veriblər. Fikrimcə, onlar ciddi qərar qəbul ediblər və mən də bu addıma qoşularaq onu dəstəkləyirəm. Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, 2008-ci ildə baş vermiş “1 mart”ı təkrarlamaq istəyir – güllələnmə, yanan maşınlar və sair”.
Baqmanyan bildirib ki, həm polis, həm də Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyanın əmrlərini yerinə yetirməmək üçün iradə gücünə sahibdir. Üstəlik, bu strukturlarda Paşinyanın əmrlərini yerinə yetirməyən insanların olduğuna və saylarının artacağına əmindir.
Qeyd edək ki, sabah saat 18.00-da müxalifət, 18.30-da isə Nikol Paşinyan öz tərəfdarları ilə küçə və meydanlara çıxacaqlar. /Qafqazinfo
Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu
01
mart
10:14
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı