Qondarma rejimin başçısı Arayik Harutyunyan Ermənistan ordusunun Nikol Paşinyanın istefasını tələb etməsinə reaksiya verib.
Separatçıların lideri son siyasi hadisələrə görə narahat olduğunu bildirərək tərəfləri ağıllı və sağlam düşüncəli olmağa səsləyib. Harutyunyan bildirib ki, təmkinli olmayacaqları təqdirdə, məğlubiyyətləri daha dərin və ağır olacaq:
“Tökdüyümüz qan bizim üçün kifayətdir. İndi böhrandan çıxmaq və uzunmüddətli inkişaf, gücləndirmə yolunda hərəkət etmək vaxtıdır. Hazırda Yerevanda olduğum üçün siyasi böhranı şərəflə sonlandırmaq üçün vasitəçilik missiyasını yerinə yetirməyə hazıram”.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb edən bir bəyanat yaydı.
“Tökdüyümüz qan kifayətdir” – Arayikdən etiraf
25
fevral
15:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat