Bu gün xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini müzakirə ediblər.
Ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, bölgələrarası əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.
Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda əməkdaşlığı və qarşılıqlı dəstək məsələləri məmnunluqla qeyd olunub.
Görüşdə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı razılıq ifadə olunub.
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
01
mart
18:56
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev