İngiltərədə nəşr olunan “Tayms” qəzeti ABŞ-ın Suriyada hərbi qüvvə saxlaması barədə yazıb. Nəşrə görə, bu qərarın səbəbi Vaşinqtonun Rusiyanı Suriyanın neft sahələrindən uzaq tutmaq istəyindən irəli gəlir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriyada qurmaq istədiyi bufer zona sadəcə Tel Abyad və Rəsulaynı əhatə etməlidir.
Qəzet qeyd edir ki, ABŞ-ın bölgədə saxladığı hərbi qüvvələr kürdlərin yerləşdiyi bölgələrin xaricində qalacaq və neft sahələrinin qorunması ilə məşğul olacaq:
“Vaşinqton Putini neft sahələrindən uzaqlaşdırmaq üçün bölgədə müəyyən qədər hərbi qüvvə saxlayacaq. ABŞ Prezidenti Donald Tramp İsrail və İordaniyanın tələbindən sonra Suriyada az sayda hərbi qüvvə saxlamaq qərarı verdi”.
Məqalədə bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri arasında keçiriləcək görüşə də toxunulub. Nəşrə görə, Rusiya türk ordusunun hərbi əməliyyatlarının məhdudlaşdırılmasını istəyir. Ərdoğan və Putin Soçidə bu məsələni müzakirə edəcək.
“Tayms” qeyd edir ki, Putin bugünkü görüşdə Tel-Abyad və Rəsulayn xaricindəki bölgələrin artıq Bəşər Əsəd rejiminin nəzarətində olduğunun əhəmiyyətini vurğulayacaq: “Böyük ehtimalla Putin Ərdoğana kürdlərin sərhəd bölgələrini Türkiyəyə qarşı istifadə olunmayacağına zəmanət verəcək”.
Ərdoğan-Putin görüşündən əvvəl kritik gəlişmə: Tramp qərarı dəyişdi
22
oktyabr
15:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev