Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra mətbuatın suallarını cavablandırdı. O, ABŞ pezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı qeyri-etik sözlərə münasibət bildirib.
Xarici KİV-in xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan Baydenin Putin üçün “qatil” ifadəsini işlətməsini qəbuledilməz sayıb:
"Cənab Baydenin Putinlə bağlı açıqlamaları bir dövlət başçısına yaraşmaz və bir dövlət başçısının Rusiya prezidentinin ünvavına belə bir xoşagəlməz söz işlətməsi qəbuledilməzdir.
Ərdoğan deyib ki, Putin Baydenə çox yumşaq, amma ağıllı cavab verib.
Martın 17-də ABŞ prezidenti Co Bayden jurnalist Corc Stefanopulosa müsahibəsində Rusiya prezidenti Vladimir Putini qatil sayıb-saymaması ilə bağlı suala "hə" cavabını verib. Üstəlik, Rusiyanı ABŞ-da ötən ilki prezident seçkilərinə müdaxilədə günahlandıraraq Putinin bunun hesabını verəcəyini deyib.
Sonra isə Kreml Vaşinqtondakı səfirini məsləhətləşmə üçün geri çağırıb. V.Putin isə öz növbəsində, C.Baydenə sağlamlıq arzulayıb və canlı yayımda onu debata çağırıb. Putin dolayısı ilə onu da deyib ki, Bayden güzgüyə baxaraq öz adını ona ünvanlayıb.
Baydenin administrasiyasından isə debat çağırışına "prezidentin vaxtı yoxdur" cavabı verilib.
Ərdoğan Baydenin Putini “qatil” adlandırmasını pislədi
19
mart
16:59
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev