Çərşənbə günü Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb. 
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 
Zəlzələnin episentri 360 min insanın yaşadığı Hoçen şəhərindən 252 km cənub-şərqdə yerləşib. 
Yeraltı təkanın ocağı isə 30 km dərinlikdə olub. 
İtki və dağıntı barədə məlumat verilməyib.скачать dle 12.1