Karonavirusa əhəmiyyət verməyən bank işçisi evində ölü tapıldı-FOTOLAR
27
mart

Ulsdən olan 47 yaşlı bank işçisi Tim Qalli indiyənədək səhhətindən şikayətçi olmamışdı. Bakisesi.com “Daily Post” nəşrinə istinadən xəbər verir ki, o karonovurusun ilk əlamətləri- boğaz ağrısı, qızdırma başlayanda belə buna əhəmiyyət verməyib. Özünü dostlarından könüllü təcrid edib. Təşvişə düşməsə də səhhəti günü-gündən pisləşib. Sevgilisi Donna Kotberq Timə təcilli yardım çağırmağı məsləhət görsə də o buna əməl etməyib. Sonra Tim telefon zənglərinə cavab verməyib. Qorxuya düşmüş Donna onu yoxlamağa gedəndə sevgilisinin cansız bədənini tapıb.
KOMMENTLƏR