İndiyənədək Türkmənistanda olduğu kimi Tacikistanda da COVİD-19 qeydə alınmayıb.

Türkmənistanda virusun adını çəkmək belə qadağan olub. Tacikistanda belə qadağa olmasa da çoxları əsil həqiqətin gizlədilməsini hesab edir.

Sabahnws.az  xəbər verir ki, bu ölkədə  10 milyon əhalidən cəmi 2000 nəfəri testdən keçib.

Başqa ölkələrdəki karantin rejimindən sonra ölkəyə 5 mindən çox miqrant qayıdıb. Düzdür, onların hamısı karantin zonalarına göndərilib. Ancaq orda yaradılmış şərait deyilənə görə həbsxanadakından daha pisdir.

İnsanlar isə hələ də işlədikləri ölkələri tərk edərək Tacikistana axişir.Əgər epidemiya yayılsa səhiyyəsi çox aşağı olan bu respublikada fəlakət yaşanacaq.

скачать dle 12.1