Gürcüstanda yaşayan ermənilər bu gün Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçiriblər.
Aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.
Əllərində Ermənistan, Gürcüstan bayraqları və plakatlar olan ermənilər Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb.
Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilib. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilib.
Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.
Cavab aksiyasına Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc də qoşulub. Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qardaş ölkəyə dəstək olublar.
Türkiyənin Gürcüstandakı səfirliyi erməniləri məyus edib
25
aprel
09:38
Qarabağ
KOMMENTLƏR
Xankəndində yenə də Azərbaycan və Türkiyə bayraqlarına od vuruldu...
Ermənilər Ağrı dağına baxanda bu mənzərəni görəcək
Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdi
Ermənilərə göz dağı – Türkiyənin Ağdı dağı ilə bağlı yeni planı
Ermənistan Müdafiə Nazirliyi önündə aksiya keçirildi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı