Ağstafada gün ərzində növbəti zəlzələ olub.

 Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, Ağstafada son saatlarda qeydə alınan ikinci təbii hadisədir. Saat 1:21-də də Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib.

скачать dle 12.1