İranın Azərbaycandakı səfirliyi Ermənistandan keçməklə Qarabağa “yardım” aparılmasını əks etdirən videolarla bağlı Tehranla əlaqə saxlayıb.
APA xəbər verir ki, səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi sosial şəbəkədə video yayılandan sonra səfirliyin araşdırma və dəqiqləşdirmələr üçün addımlar atmağa başladığını deyib:
“Yayılan videolar və məlumatları araşdırmaq məqsədilə Tehranla danışmışıq. Müraciət etmişik ki, bu video və məlumatlar yayılandan sonra Azərbaycanda narahatlıq yaranıb, məsələ müvafiq qaydada araşdırılıb, rəsmi cavab verilsin. Yəqin yaxın günlərdə Tehrandan bizə cavab veriləcək, biz də məsələni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə İrandan Ermənistandan keçməklə Qarabağa “yardımlar” aparan yük avtomobillərinin videogörüntüləri yayılıb.
Görüntülər İranın “Azad İran” “Telegram” kanalında paylaşılıb. Bildirilir ki, “yüklər” Ermənistandan keçməklə, Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparılır.
Qeyd edilib ki, İrandan Azərbaycan ərazilərinə qanunsuz olaraq qaz, benzin, tikinti materialları, qida, geyim məhsulları daşınır. Bundan başqa, həmin avtomobillərlə külli miqdarda narkotik daşındığı da iddia olunur.
İranın Azərbaycandakı səfirliyi Qarabağa qanunsuz “yardım” daşınmasını araşdırır - VİDEO
04
may
21:39
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı