Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.
Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.
Məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi ilə əlaqə saxladıq. Seyid Əli Musəvi Musavat.com-a bildirdi ki, bu gün Ramazan ayının 21-ci günüdür və İmam Əlinin şəhadət günüdür, ona görə də səfirlikdə iş günü deyil. Lakin sözügedən məsələ ilə bağlı dünəndən səfirlik araşdırma, dəqiqləşdirmə aparır: “Yayılan həmin video və video ilə əlaqədar deyilənləri araşdırmaq, dəqiqləşdirmə aparmaq üçün Tehranla əlaqə saxlamışıq. Bildirimişik ki, araşdırıb bizə dəqiq rəsmi cavab verilsin. İnşallah, sabah və ya birisi gün bizə cavab gələcək və biz də Azərbaycan ictimaiyyətinə bu məsələ ilə bağlı cavab verəcəyik. Tehrana Azərbaycanda bu video ilə bağlı narahatlıq yarandığını bilirik. Tehrana məlumat vermişəm, gözləyirəm bizə açıqlama versinlər. Biz də sizə - mediaya həmin açıqlamanı çatdıraq”.
İrandan ermənilərə daşınan yüklərlə bağlı açıqlama
04
may
17:30

Qarabağ
KOMMENTLƏR
İranın yük maşınları Laçın dəhlizinə necə gəlib? - “Yaxşı ki, sosial şəbəkələr var...”
İran Qarabağ ermənilərinə yardım edir - Qalmaqallı görüntülər
Ermənistan türk malını İran malları ilə əvəz edir
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək
Cavad Zərif: "Azərbaycan İran üçün çox mühüm ölkədir"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat