Etirazçılar Milli Kapitoliyə daş atarkən, polis müdaxilə edib. Belə ki, polis yüzlərlə kolumbiyalının üzərinə bibər qazı və su püskürüb. Bununla yanaşı etirazçılar Bolivar Meydanına toplaşaraq əllərindəki plakatlarla hökumətin iqtisadi siyasətinə sərt reaksiya göstəriblər.
Qeyd edək ki , Kolumbiyada 7 gündür davam edən vergi islahatlarına qarşı kütləvi nümayişlərdə itkin düşənlərin sayı 89-u ötüb.












