İyunun 13-də keçirilməsi nəzərdə tutulan Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna və ya təxirə salına bilər.
Türkiyədə koronavirusla bağlı vəziyyətin ağır olması Formula 1 rəhbərliyini çətin vəziyyətə salıb. Böyük Britaniya hökümətinin koronavirusa görə Türkiyəni “qırmızı zona”ya salması vəziyyəti çətinləşdirib. Britaniyaya gələnlər “qırmızı zona” ölkələrindən geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır ki, bu da britaniyalı Formula 1 funksionerlərinin planlarına daxil deyil. Yeni qanunda idmançılara güzəşt nəzərə alınmayıb.
Formula 1 komandalarından 7-sinin bazası Böyük Britaniyadadır. Almaniya mətbuatının yazdığına görə, hazırda Formula 1 rəhbərliyi bir neçə variant haqda fikirləşir. Hətta Azərbaycanla Türkiyə Qran-Prisinin yerlərinin dəyişdirilməsi də müzakirə olunur. Türkiyə Qran-Prisi ümumiyyətlə ləğv edilsə, onun yerinə yarış İtaliyadakı Mucella avtodromunda təşkil edilə bilər. Hətta Almaniyanın Hokkehaym avtodromunun da adı variantlardan biri kimi səslənir.
Türkiyə Qran-Prisi bu mövsüm ləğv olunan Kanadadakı yarışın yerinə təqvimə salınıb.
Yaxın vaxtlarda Formula 1 rəhbərliyinin məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.
Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
11
may
22:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat