Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankarada səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.
Görüşdə NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında baş tutacaq görüşdə müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
İ.Kalın və V.Şerman eyni zamanda, Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Tərəflər adıçəkilən bölgələrdə sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.
Qeyd olunub ki, Türkiyə-ABŞ münasibətərinin qarşılıqlı güvən və aktiv əməkdaşlığa əsaslanan əlaqələr çərçivəsində nəzərdən keçirilməsi vacibdir.
NATO-da iki önəmli müttəfiq olan Türkiyə və ABŞ-ın əməkdaşlığının alyansı gücləndirdiyi və yeni sınaqlar qarşısında beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb.
Görüşdə eyni zamanda, terrorçuluqla mübarizə məsələsi də müzakirə olunub.
Ərdoğanın sözçüsü ABŞ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə ETDİ
29
may
16:02
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev