“Hesab edirik ki, seçkilərdə kütləvi qanun pozuntuları baş verib. Açıq şəkildə görünür ki, inzibati resurslardan istifadə edilib”.
Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti, “Ermənistan” Blokunun lideri Robert Köçəryan iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib.
Köçəryan etiraf edib ki, seçkilərin nəticələri onun üçün gözlənilməz olub. Onun sözlərinə görə, seçkilərdə inzibati resurslardan istifadə olunması və total qanun pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək. “İndi seçki qərargahımız materialları toplayır. Bir neçə günə Konstitusiya Məhkəməsinə şikayətimizi təqdim edəcəyik”, - deyə Köçəryan vurğulayıb.
“Ermənistan” Blokunun lideri qanun pozuntularına etiraz olaraq mandatdan imtina məsələsinə də toxunub. O bildirib ki, hələlik bu barədə qəti qərar yoxdur.
“Seyran Ohanyan yaxşı müqayisə apardı. Əgər hərbi əməliyyatlar zamanı mövqelər alınsa da, tapşırıq tam yerinə yetirilməyibsə belə, həmin mövqeləri nəinki qorumaq, hətta gücləndirmək gərəkdir. Biz də mübarizəni davam etdirmək üçün ciddi çox ciddi imkanlar əldə etmişik”, - deyə o əlavə edib.
Köçəryan deyib ki, Paşinyan hakimiyyəti mövcud siyasi kursu davam etdirəcəyi təqdirdə Ermənistanda yenidən parlament seçkiləri keçirilə bilər.
Köçəryan Paşinyanı hədələdi - Yenidən parlament seçkiləri keçirilə bilər
22
iyun
14:29
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı