Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən devrilməsi prosesinə start verilib.
Yenisabah.az xəbər verir ki, artıq erməni mediası Paşinyanın yaxın vaxtlarda devrilə biləcəyini yazır. Baş nazirin hətta erkən parlament seçkiləri keçirmək şansı belə yoxdur. Baxmayaraq ki, artıq Paşinyan və komandası növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu düşünürlər.
Erməni mediası xüsusilə ölkənin ikinci prezidenti Robert Köçəryanın bu günlərdə Rusiyaya üçgünlük səfərinə diqqət çəkir. Bildirilir ki, Köçəryan artıq Moskvadadır. Doğrudur, bu qəfil səfər maliyyə korporasiyası olan “Sistem” SC-nin direktorlar şurasının iclasında iştirakla da əlaqələndilir. Çünki Robert Köçəryan da bu korporasiyanın direktorlar şurasının üzvüdür. Lakin bu məsələnin görünən tərəfidir.
Köçəryanın Rusiyadakı erməni diasporası və siyasi dairələrlə görüş keçirəcəyi barədə ehtimallar var. Hətta onun Rusiyanın Prezidenti Vladimir Putinlə də görüşəcəyi istisna deyil.
Siyasi analitiklər hesab edir ki, Köçəryanın Moskva səfərindən sonra Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etirazlar daha şiddətli xarakter ala bilər.
Hələlik Paşinyanın devirdiyi Qarabağ klanı tam gücünü ortaya qoymayıb. Köçəryan barəsində cinayət işinin olması və onun hazırda məhkəmə prosesinin getməsi ona bağlı qüvvələrin hələlik bir qədər loyal münasibət sərgiləyir. Amma artıq vaxt yetişib.
Bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyan Moskvaya səfər etmişdi. O da Moskvada erməni icması ilə görüşlər keçirmişdi. Bundan sonra isə Paşinyanın əleyhdarlarına dəstəyini nümayiş etdirmişdi.
Köçəryan Moskvada: Gizli plan işə düşdü
17
dekabr
12:07

Qarabağ
KOMMENTLƏR
“Paşinyan Yeni ilədək istefaya gedəcək“ - Erməni politoloq
Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?
Paşinyanın sonu çatdı: Daşnaksütyündan son açıqlama
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Anna Akopyanla general arasında nə baş verib? – Paşinyan onu qovdurdu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat