"The Sun" nəşri Atlantikada gizlənmiş Rusiya sualtı qayıqlarına görə Böyük Britaniyada yaşanan həyəcandan yazıb.
Rusiyanın "Borey" layihəsinə məxsus və qeyri-adi dərəcədə dərinlikdə üzərək Atlantik okeanında "qorxunc vəzifələr" yerinə yetirən sualtı qayıqları barədə məlumatlar yayılıb.
Belə ki, qeyri-standart manevrlər britaniyalı hərbçilərin ciddi narahatlığına səbəb olub. "The Sun" yazır ki, Rusiya sualtı qayıqları adətən 400 metrdən aşağı enmir, lakin bu dəfə onlar 500 metrdən dərinə enməyə qərar verib. Ekspert Bryus Consun fikrincə, bu, son aylarda Moskvanın heç də birinci "həyəcan doğuran" hərəkəti deyil.
"Buna Ukrayna ilə sərhəddə hərbi potensialın artırılmasını nümunə kimi göstərmək olar. Onların son hərəkətləri isə NATO-nu qıcıqlandırmağa və alyans üzvlərini əsəbləşdirməyə yönəldilə bilər. Lakin bu, aydın surətdə gərginləşmə deməkdir və indi onlar, belə görünür ki, dənizin dərinliklərindəki əməliyyatlara üstünlük verirlər", - deyə ekspert bildirib.
Bu gün Rusiya 955 "Borey"/955А "Borey-А" layihəsinin dörd sualtı qayığını istismar edir, bu növdən olan daha üç sualtı qayıq düzəldilmə mərhələsindədir. Onların hər birinin arsenalında 16 ədəd "Bulava" adlı qitələrarası raket var.
Rusiyanın sualtı gəmiləri Britaniyanı narahat ETDİ
02
avqust
22:08
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev