Kolumbiyanın Boyake departamentində kömür mədənində partlayış olub.
"Xinhua" xəbər verir ki, bu barədə regionun senatoru Aida Avelya özünün "Twitter"dəki hesabında bildirib.
O, qeyd edib ki, partlayış zamanı dörd nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb, daha yeddi nəfərin dağıntılar altında qaldığı güman edilir:
"Boyakedə kömür mədənlərində qəzalar davam edir. Bu gün Topaqedə 4 işçi həlak olub. Təcili tədbirlər görmək lazımdır". 
Hadisənin baş verməsinə ilkin səbəb kimi metan və kömür tozunun partlayışı göstərilib.

Kömür mədənində partlayış - Ölənlər var(FOTO)скачать dle 12.1