Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib.

7News.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb.

Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı.

Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub.