Ermənistanın Baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Gürcüstan səfərindən geri qayıdıb. 
Ölkənin yerli KİV-i xəbər verir ki, Nikol Paşinyan ölkəyə gəldikdən bir neçə saat sonra Təhlükəsizlik Şurasının iclasında iştirak edib.
Paşinyanın Təhlükəsizlik Şurasına sədrlik etdiyi iclasın digər təfərrüatları hələ ki, ictimaiyyətə açıqlanmayıb.