Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu öz deputat mandatlarından imtina edəcəklər.
Bu barədə məlumatı öz mənbələrinə istinadən "İnterfaks” yayıb. Bildirilir ki, nazirlər təmsil etdikləri "Vahid Rusiya” partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra güman ki Dövlət Dumasında deputat mandatlarından imtina edəcəklər.
Həmçinin mənbələrin məlumatına görə, "Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko da Dövlət Dumasına getməyəcək və deputat mandatını yalnızca uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova saxlayacaq.
Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 90,3 %-inin hesablanmasına əsasən, "Vahid Rusiya” partiyası səslərin 49,65 %-ni toplayaraq hələ ki seçkilərə liderlik edir.
Qeyd edək ki, Rusiyanın hakim "Vahid Rusiya” partiyasının iyun ayında keçirilən XX Qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıya liderlərin beşliyi və namizədlərin siyahısı təsdiqlənib. Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, "Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilmişdi.
Lavrovla Şoyqu deputat mandatlarından imtina edəcək
20
sentyabr
13:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev